Kreml: Avqustun sonuna qədər Putin və Zelenski arasında görüş ehtimalı azdır

post-img

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya Vladimir Putin və Vladimir Zelenski arasında avqustun sonuna qədər görüş ehtimalı azdır. Məlumatı TASS verib. 

Kreml nümayəndəsinin fikrincə, Rusiya və Ukrayna arasında yüksək səviyyəli görüş nizamlama ilə bağlı prosesə son qoymalı və əldə olunan bütün razılaşmaları qeydə almalıdır.

Avqustun sonuna qədər Putin və Zelenski arasında görüş ehtimalı ilə bağlı sualı cavablandıran Peskov deyib: “30 gün ərzində belə mürəkkəb prosesdən keçmək mümkündürmü? Aydındır ki, bu, çətin ki, mümkün olsun. O zaman bizim mövqeyimiz burada çox yaxşı məlumdur, bizim mövqeyimiz Ukrayna tərəfinə təhvil verilmiş memorandum layihəsində öz əksini tapıb”. 

O əlavə edib ki, hazırda nizamlamaya dair memorandum layihələri diametral şəkildə ziddiyyət təşkil edir və hələ tərəflərin görəcəkləri çox iş var.

P.ƏMİRCANOV
XQ

Dünya