ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna nizamlanması ilə bağlı yeni detallar öyrənib. Amerika lideri onları maraqlı adlandırıb.
Məlumatı “İnterfaks.ru” verib.
“Mən çox maraqlı ola biləcək yeni aspektləri öyrəndim. Düşünürəm ki, bir neçə gündən sonra siz də öyrənəcəksiniz”, - deyə o, Ağ Evdə deyib.
Tramp qeyd edib ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında mümkün görüşün perspektivlərini diqqətlə izləyir.Amma hələlik gözləmək və hadisələrin necə inkişaf edəcəyini görmək vaxtıdır.
Tramp Ukrayna böhranının sona çatmasını arzuladığını vurğulayıb.
P.ƏMİRCANOV
XQ