Fransada yeni siyasi böhran: hökumət istefaya gedir

post-img

Fransanın bir ildən bəri davam edən siyasi böhran yeni dönüşlə nəticələnib: deputatlar sərt qənaət planlarının müzakirəsi fonunda hökuməti deviriblər. Yelisey Sarayı tezliklə yeni baş nazir axtaracağını bildirib. 

Məlumatı “Euronews” verib. 

Milli Assambleyanın qanunvericiləri büdcə və dövlət borcu ilə bağlı mübahisələr fonunda baş nazir Fransua Bayruya etimadsızlıq göstəriblər. Hökumət istefaya getməyə məcbur olacaq.

Aşağı palatanın spikeri Yael Bron-Pive səsvermənin nəticələrini elan edib: 194 deputat etimadın lehinə, 364 deputat əleyhinə səs verib.

“France-Presse” xəbər verir ki, baş nazirə yaxın mənbələr, Beşinci Respublika konstitusiyasının 50-ci maddəsinin tələb etdiyi kimi, Bayru istefaya göndəriləcək. Bu, çərşənbə axşamı səhər baş verəcək.

“Le Monde”nin məlumatına görə, hökumət başçısı heç bir bəyanat vermədən Milli Assambleyanı tərk edib.

P.Əmircanov
XQ

Dünya