Macarıstanda yeni neft yatağı kəşf edilib

post-img

Macarıstanın MOL neft-qaz şirkəti və O&GD kəşfiyyat şirkəti Qalqaheviz şəhəri yaxınlığında yeni neft yatağı kəşf edib. Bu barədə ölkənin Nazirlər Kabinetinə istinadən “İnterfaks.ru” xəbər verib.

Məlumata görə, yataq təxminən 2,4 km dərinlikdə yerləşir. “Qalgahəviz-4” quyusu sutkada təqribən 1 min barel neft hasil etmək qabiliyyətinə malikdir (MOL Group-un karbohidrogen hasilatının təxminən 0,5%-i). Xammalın Sazhalombatte şəhərindəki Dunay Neft Emalı Zavodunda emal ediləcəyi güman edilir.

“Yeni yataq Macarıstanın tədarük təhlükəsizliyinə mühüm töhfə verir, çünki yerli istehsal idxaldan asılılığı azaldır. Təchizat marşrutları ilə bağlı qeyri-müəyyənlik də təsdiqləyir ki, regionda nə qədər çox boru kəməri varsa, enerjinin həmişə kifayət qədər olacağına əminlik bir o qədər yüksəkdir. Bununla belə, ən yaxşı mənbə həmişə yerli ehtiyatdır, ona görə də MOL Macarıstanda karbohidrogen kəşfiyyatını prioritet hesab edir”, - deyə MOL Hunqary şirkətinin direktoru Corci Baksa bildirib.

Layihədə O&GD 51, MOL isə 49 faiz paya malikdir.

P.Əmircanov
XQ

Dünya