Fidan: Qlobal ədalətə doğru ilk addım bizim bölgədə atılmalıdır

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan beynəlxalq sistemin qlobal problemlərə, regional münaqişələrə çarə tapa bilmədiyini qeyd edərək deyib: “Ona görə də qlobal ədalətin bərqərar olması üçün ilk addımı öz bölgəmizdə atmalı, mühitimizdə dəyişikliklərə başlamalıyıq. Türkiyə bu prosesdən kənarda qalmadı, hər zaman məsuliyyəti öz üzərimizə götürdük”.

Məlumatı “Anadolu” verib.  

Nazir Fidan Monteneqronun İstanbuldakı Baş Konsulluğunun təşkil etdiyi “Monteneqro Dövlət Günü” adlı qəbulda çıxış edib.

Fidan dost Monteneqro xalqına milli bayramı münasibətilə səmimi təbriklərini çatdırıb və Monteneqro ilə Türkiyə arasında dostluğun keçmişə söykənən möhkəm təməllərə dayaqlandığını qeyd edib.

Osmanlı imperatorluğunun 1878-ci ildə Monteneqronun müstəqilliyini tanımasını strateji bir yanaşma kimi təqdim edən Fidan, Monteneqronun Osmanlıda ilk səfirliyini açmasının da təsadüf olmadığını sözlərinə əlavə etdi.

Bugünkü qəbulun həm də ortaq tarixin simvolu olan səfirliyin köhnə binasında keçirildiyini deyən nazir iki ölkə arasında diplomatik münasibətlərin artıq 146 ildir davam etdiyini xatırladıb.

P.Əmircanov
XQ

Dünya