Masfut bu il dünyanın ən yaxşı turizm kəndi seçilib

post-img

Birləşmiş Ərəb Əmirliklərinin Masfut kəndi Ümumdünya Turizm Təşkilatının (ÜTT) builki “Dünyanın ən yaxşı turizm kəndi” mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, Masfut ənənəvi kənd təsərrüfatı fəaliyyəti, dərin icma dəyərləri, 15 mindən az əhalisi və mənzərəli təbiəti ilə bu mükafat üçün tələb olunan meyarlara cavab verib.

ÜTT-nin məlumatına görə, kənd 65 ölkədən 270 namizəd arasından seçilib. Masfut, həmçinin münbit torpaqları, mülayim iqlimi və sərin qış havası ilə də fərqlənir.

Qeyd edək ki, “Dünyanın ən yaxşı turizm kəndi” təşəbbüsü 2021-ci ildən etibarən ənənəvi həyat tərzini və yerli mədəniyyəti qoruyub saxlayan kəndləri təşviq etmək məqsədilə həyata keçirilir.

Dünya