Ağ Ev: Sanae Takaiti Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyib

post-img

Yaponiyanın yeni Baş naziri Sanae Takaiti ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyib.

XQ xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Sanae Takaiti Yaponiyada rəsmi səfərdə olan ABŞ Prezidenti ilə ikitərəfli görüş zamanı Birləşmiş Ştatların dövlət başçısını Nobel Sülh Mükafatına namizəd göstərmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Donald Tramp bundan öncə də dəfələrlə özünü Nobel Sülh Mükafatına layiq hesab etdiyini deyib. Buna baxmayaraq, Nobel Komitəsi oktyabrın 10-da mükafatının Venesuela parlamentinin sabiq üzvü Mariya Korine Maçadoya verildiyini elan edib.

Dünya