ABŞ-nin NATO-dakı səfiri Mettyu Uitaker Kiyevə ilk rəsmi səfəri zamanı müharibənin mümkün qədər tez dayandırılmasına çağırış edib.
XQ xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Mettyu Uitaker Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdüyünü bildirib: "Ukrayna lideri Volodimir Zelenskini yenidən görməyə şadam - bu dəfə Kiyevdə. Mən bu müharibənin başa çatmalı olduğunu qeyd etdim. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın səyləri sayəsində əldə ediləcək sülhün yeganə mümkün yol olduğunu bildirdim".
N.Adilqızı
XQ

