Tramp və Fitso Mar-a-Laqoda görüşəcəklər

post-img

ABŞ prezidenti Donald Tramp və Slovakiyanın Baş naziri Robert Fitso Florida ştatının Mar-a-Laqo şəhərində görüşəcəklər. ABŞ prezidentinin açıq cədvəlinə əsasən, görüş 17 yanvar yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə saat 00:30) keçiriləcək.

Yanvarın 11-də Robert Fitso Donald Trampla görüşündə 2022-ci ilin fevral ayında imzalanmış Slovakiya-ABŞ hərbi əməkdaşlıq müqaviləsinin şərtlərində dəyişiklikləri müzakirə etmək niyyətində olduğunu açıqlayıb.

Müqavilə ABŞ-a Slovakiyanın Malaçki Kuçinya və Slyaç hərbi aerodromlarından sərbəst istifadə etməyə imkan verir. Bunun müqabilində ABŞ Slovakiyanın müdafiə infrastrukturunun modernləşdirilməsinə 100 milyon dollar sərmayə qoyacağına söz verib. Lakin 2023-cü ildən bəri Slovakiya hakimiyyəti dəfələrlə ölkənin ABŞ ilə hərbi əməkdaşlıq müqaviləsini yenidən nəzərdən keçirəcəyini bildirib. Xüsusilə, cənab Fitso bildirib ki, müqavilə Slovakiyanın suverenliyini təhdid edir.

S.ELAY

XQ

Dünya