Tramp: İranla razılığa gəlməsək, pis şeylər olacaq

post-img

ABŞ Prezidenti Donald Tramp böyük hərbi gəmilərin İrana doğru yola düşdüyünü bildirib. 

Məlumatı “Anadolu” verib. 

“Mən İranla razılığa gəlmək istərdim. Hazırda onlarla danışıqlar aparırıq. Əgər razılığa gəlsək, bu, çox yaxşı olardı, amma gəlməsək, pis şeylər baş verə bilər”, - deyə Ağ Ev rəhbəri bildirib.

“Əgər işlər yolunda getsəydi, nə baş verə bilərdi” sualına Tramp “bu barədə danışmaq mənim tərəfimdən axmaqlıq olardı” - deyib. Lakin o, İranla danışıqların davam etdiyini təkrarlayıb.

Tramp həm də Rusiya ilə Ukrayna arasında sülh danışıqları ilə bağlı nikbinlik ifadə edərək, prosesin yaxşı irəlilədiyini qeyd edib: “Ukrayna və Rusiya ilə işlər yaxşı gedir və tezliklə yaxşı xəbərlər eşidə bilərik”. 

P.ƏMİRCANOV
XQ

Dünya