Tramp: İrana qarşı əməliyyat başa çatdı

post-img

ABŞ Prezidenti İranla razılaşmanın əldə edilməsində “əhəmiyyətli irəliləyiş” səbəbindən Hörmüz boğazından keçən gəmilərin müşayiətinə son qoyduğunu elan edib.

Məlumatı “Euronews” verib. 

ABŞ prezidenti Hörmüz boğazında ilişib qalmış gəmiləri müşayiət etmək üzrə əməliyyatın qısa müddətə dayandırılacağını açıqlayıb. O, bir neçə gün əvvəl başlayan “Azadlıq Layihəsi”nin İranla razılığa gəlməkdə “əhəmiyyətli irəliləyiş” olduğuna görə “qarşılıqlı razılaşma” ilə dayandırılacağını bildirib.

Tramp sosial media paylaşımında bu qərarı ABŞ və İran arasında vasitəçi rolunu oynayan “Pakistanın xahişi ilə” verdiyini bildirib. Lakin o əlavə edib ki, ABŞ-ın İran limanlarına qarşı blokadası qüvvədə qalacaq.

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio əməliyyatın “məqsədlərinə çatıldıqdan” sonra İrana qarşı Amerika-İsrail hücumunun başa çatdığını elan etmişdi.

Bu arada, İranın xarici işlər naziri Abbas Əraqçi çərşənbə günü Pekində çinli həmkarı Vanq Yi ilə görüşüb. Bu, Əraqçinin müharibə başlayandan bəri Tehranın sıx iqtisadi və siyasi əlaqələr saxladığı Çinə ilk səfəridir.

P.ƏMİRCANOV
XQ

Dünya