Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən mətbuata verilən məlumata görə, səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17-19, gündüz 26-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.
Q.QASIMOV
XQ