İradə Əlilinin dahi liderə həsr etdiyi kitab dərc edilib

post-img

Yazıçı-publisist, prezident təqaüdçüsü, tarix üzrə fəlsəfə doktoru İradə Əlilinin “Tarixlərdən boylanan ömür” kitabı dünya səviyyəli siyasi xadim, Azərbaycan xalqının dahi lideri Heydər Əliyev haqqında yazılmış bir əsərdir. Kitabda H.Əliyev barəsində yazılmış və deyilmiş fikirlərin bir çoxu onunla eyni zaman kəsiyində yaşayan müxtəlif sahələrin insanları, onun yürütdüyü siyasətin nəticələrindən faydalanan gənclərdir. Kitabda H.Əliyevin müxtəlif dövrlərdə Azərbaycana rəhbərlik etdiyi zamanlarda vətəninə və xalqına  xidmətləri, eləcə də onun özü  haqqında xarici dövlətlərin ictimai xadimlərinin və tanınmış siyasətçilərin söylədikləri fikirlər yer alıb.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, kitabın redaktoru AYB-nin üzvü, hərbi marşlar müəllifi Minaxanım Əkrəmqızıdır. Korrektoru Nuranə Şixəliyevadır. Dizayneri isə Leyla Babazadədir.

XQ

Elm