Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində evlərin birindən oğurluq olub. Zərərçəkən polisə müraciət edərək evindən ümumilikdə 3000 manat dəyərində qızıl-zinət əşyası və nağd pulun talandığını bildirib.
Məlumatı DİN mətbuat xidməti yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmiş N.Yusubov saxlanılıb.
Nizami rayonunda isə kafelərin birindən 261 manat oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 25 yaşlı Ş.Xudaverdiyev də polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ