İstirahət mərkəzində avtomobildən oğurluq edənlər saxlanılıblar

post-img

Xaçmaz Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən istirahət mərkəzlərindən birində avtomobildən pul və müxtəlif əşyalar oğurlanması barədə məlumat daxil olub. 

Keçirilən tədbirlərlə hadisəni törədənlərin Bakı sakinləri Müşfiq Zeynalov və Akif Hüseynli olduqları müəyyən edilib və həmin şəxslər saxlanılıblar.

Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

P.ƏMİRCANOV
XQ

Hadisə