Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzuli sakinləri üçün xüsusi tədbir keçiriləcək.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından bildiriblər ki, proqram çərçivəsində peşəkar avarçəkənlərin nümunəvi çıxışları, uşaq və yeniyetmələr üçün viktorinalar təşkil olunacaq. Sakinlər də avarçəkmə qayıqları və trenajorlarda özünü sınamaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, tədbir aprelin 28-də Köndələnçay su anbarında təşkil ediləcək.
L.QURBANOVA
XQ