Qızıl Avropa Liqasında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyunlar üçün Slovakiyaya yola düşüb.
Qarşılaşmalar 6-8 iyunda paytaxt Bratislavada keçiriləcək. Rəqiblər Slovakiya və Monteneqro komandaları olacaq.
Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Bakıdakı matçlarda Macarıstan və Sloveniya seçmələrinə 0:3 hesabı ilə uduzub.
XQ