Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Boks Klubu beynəlxalq arenada növbəti uğuruna imza atıb. Klubun idmançıları Blankenburq şəhərində keçirilən ənənəvi “Klaus Pansegrau” xatirə turnirində yüksək nəticələr əldə ediblər. “STAHL” Blankenburg Boks Klubunun təşkil etdiyi yarışda 18 klubun 150-dən çox boksçusu mübarizə aparıb.
57 kq çəki dərəcəsində çıxış edən “Odlar Yurdu”nun üzvü Turkulets Tagir bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Klubun digər təmsilçilərindən Halili Bleorent (66 kq) və Arsenie Codreian (31 kq) isə gümüş medal əldə edərək turniri başa vurublar.
“Odlar Yurdu”nun rəhbərliyi uğurlu çıxışlarına görə hər üç idmançını əlavə mükafatlarla təltif edib.