Kikboksçular Qarsdan 23 medalla qayıdıblar

post-img

Qarsda Ani şəhərinin fəthinə həsr olunmuş kikboks turnirində Türkiyə, Azərbaycan, İran, Gürcüstan, Əfqanıstan və Ermənistan komandaları iştirak ediblər.

Yarışda ölkəmizi “Naxçıvan Araz” Kikboksinq Klubundan baş məşqçi Elvin Qoçəliyevin rəhbərliyi ilə 23 idmançı təmsil edib. Naxçıvanlı idmançılardan 16-sı kəmər döyüşlərində qalib gələrək qızıl medala layiq görülüb. Klubun daha 7 üzvü isə yarışı gümüş medalla tamamlayıb.

Nəsir Əliyev, Rüzgar İbrahimli, Mövlan Seyidov, Oğuz Cavadlı, Ülvü Əliyev, Qurban Kəngərli, İlham Şükürlü, Polad Həsənli, Həsən İsmayılov, Turan Həziyev, Emin Məmmədli, Ziya Məmmədzadə, Ələmdar Nəcəfov, Müşfiq Hüseynov, Adəm Cəfərov və Onur Qafarov kəmər döyüşlərinin qalibi olublar. Mərdan Nağılı, Əli Vəliyev, Eldar Namazov, Ağababa Həsənov, Yusif Qafarov, Əmir Məmmədov və Hüseyn Mehdizadə gümüş medala layiq görülüblər.

S.HƏSƏNOV
XQ

İdman