Zəfər qartalları – unudulmaz xüsusi təyinatlılar

post-img

Naxçıvanda “Xüsusi Təyinatlı Qüvvələr (XTQ) veteranları, şəhid ailələri ilə işin gücləndirilməsi” adlı yeni vətənpərvərlik layihəsinin icrasına başlanılıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən aksiyada Zəfər qartalları olan xüsusi təyinatlıların döyüş hünərinin təbliği, onların şəhid yoldaşlarının xatirələrinin yad edilməsi, ailələrinə diqqət və qayğı göstərilməsi kimi tədbirlər nəzərdə tutulur.

İlk olaraq “Naxçıvan” sarayında xüsusisitəyinatlı qazilərin və XTQ şəhidləri ailələlərinin iştirakı ilə keçirilən forumda “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi”nin sədri Bəhruz Məmmədzadə, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Elçin Mirzəbəyli, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, Naxçıvan MR Ali Məclisinin deputatları qazi Təbriz Zeynalov, Üzeyir Məmmədov və rəsmi qurumların nümayəndələri 5 il əvvəl Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən, savaş zamanı qardaş Türkiyənin Azərbaycana mənəvi-siyasi dəstəyindən, dövlətin və ictimai qurumların şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıdan söhbət açıblar.

Forumda XTQ şəhidlərinin ailələrinə və qazilərinə xatirə hədiyyələri təqdim edilib.

Məclisin bədii hissəsində Naxçıvan Flarmoniyasının mahnı və rəqs ansamblı iştirakçılara Qarabağ Zəfərini, ordumuzun rəşadətini tərənnüm edən konsert proqramı təqdim edib.

Layihə çərçivəsində forum iştirakçıları üçün Naxçıvan şəhərinə infotur proqramı da planlaşdırılıb. Layihənin məqsədi Azərbaycan və Türkiyə arasında mədəni və sosial əlaqələrin möhkəmləndirilməsi, eləcə də xüsusi təyinatlı qazilər və şəhid ailələri arasında əməkdaşlıq və şəbəkələşmənin gücləndirilməsidir.

S.HƏSƏNOV
XQ

Sosial həyat