Azərbaycanın kamandan oxatanı Yaylaqül Ramazanova Xankəndidə keçirilən III MDB Oyunları çərçivəsində təşkil olunan oxatma yarışlarında bu dəfə hakim qismində iştirak edib — balaca qızı da onunla birgə idi.
Xatırladaq ki, Yaylaqül Paris-2024 Yay Olimpiya Oyunlarında 7 aylıq hamiləykən yarışlarda çıxış etmişdi. Olimpiya Oyunlarından cəmi iki ay sonra ana olan idmançının hekayəsi bir çox insanı ilhamlandırdı.
XQ