Azərbaycan Basketbol Liqasında XIII tur başa çatıb

post-img

Azərbaycan Basketbol Liqasında XIII tura yekun vurulub.

XQ xəbər verir ki, turun son matçı NTD və "Abşeron Lions" arasında keçirilib.

Bakı İdman Sarayında baş tutan görüş "Abşeron Lions"un 100:93 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Naxçıvan" "Lənkəran"ı (106:75), "Ordu" "Sərhədçi"ni (98:82), "Neftçi" "Gəncə"ni (77:75), "Sumqayıt" "Quba"nı (94:90), "Sabah" isə "Şəki"ni 112:65 hesabı məğlub edib

 

İdman