Kayseridə 1 qızıl, 1 gümüş

post-img

8 fevral-1 mart tarixlərində ölkəmizi xizək alpinizmi idman növündə təmsil edən yeniyetmə idmançılarımız Abel İsmixanov və Nurid Şəkərəliyev Türkiyənin Kayseri şəhərində təşkil olunan  “Türkiye Open Sprint Cup” yarışında iştirak ediblər.

Yarışın nəticələrinə əsasən  15 idmançı arasında təmsilçilərimiz Abel İsmixanov qızıl, Nurid Şəkərəliyev isə gümüş medala sahib olublar.

Qabil YUSİFOĞLU
XQ

İdman