Həsrət Cəfərov 4 qat Avropa çempionu oldu

post-img

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir. Üçüncü yarış günündə Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov turnirin qalibi olub.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda türkiyəli Murat Fırata qalib gələrək qızıl medala sahib çıxıb.

Həsrət Cəfərov karyerasında ardıcıl 4-cü dəfə Avropa çempionu olub.

Dünən, həmçinin qadın güləşi üzrə mübarizəyə start verilib və millinin 2 üzvü xalçaya çıxıb.

Elnurə Məmmədova (50 kq) ilk mərhələdə polşalı Aqata Qoluşovskaya “tuş”la məğlub olub.

Günay Qurbanova (59 kq) debüt etdiyi qitə birinciliyinə 1/4 finaldan qoşulub və almaniyalı Elena Brügger üzərində inamlı qələbə qazanıb – 7:0. Həmyerlimiz yarımfinalda ukraynalı dünya 2-cisi Mariya Vinnikə uduzub. Günay bu gün bürünc medal uğrunda belaruslu Marta Hetmanava ilə güləşəcək.

Qabil YUSİFOĞLU
XQ

İdman