Stolüstü tennis üzrə ölkə birinciliyi

post-img

Bu gün stolüstü tennis üzrə ölkə birinciliyinə start verilib.

“Şüa İdman Kompleksi”ndə keçirilən yarışda U19 və U15 yaş qruplarındakı idmançılar bacarıqlarını göstərirlər. Stolüstü Tennis Federasiyasından verilən məlumata görə,  4 gün davam edəcək birincilikdə paytaxt Bakı ilə yanaşı müxtəlif şəhər və rayonlardan 120-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparacaq. Qaliblər komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində müəyyənləşəcək. Ölkə birinciliyində fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq.

Qabil YUSİFOĞLU
XQ 





İdman