Futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün qalibi olan “Sabah” komandasına çempionluq kubokunun təqdim ediləcəyi tarix müəyyənləşib.
XQ xəbər verir ki, paytaxt klubuna kubok və qızıl medalların mayın 17-də - Azərbaycan Premyer Liqasının 32-ci turunun “Neftçi” ilə oyunundan sonra verilməsi planlaşdırılır.
Qeyd edək ki, “Sabah” tarixində ilk dəfə Azərbaycan çempionu olub. Komanda mövsümün başa çatmasına üç tur qalmış 75 xalla turnir cədvəlinə başçılıq edir.

