“Azəriqaz” İstehsalat Birliyi baş direktorunun birinci müavini Nail Abdullayev “Kommunal infrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən forumdakı çıxışında təmsil etdiyi qurumun hazırda ölkə üzrə 11 regional idarə ilə fəaliyyət göstərdiyini, onun illik qaz qəbul və satış həcmini 8,4 milyard kubmetrə çatdırdığını bildirib.
N.Abdullayevin sözlərinə görə, “Azəriqaz”ın 10 min 700-dən çox əməkdaşı var, eyni zamanda, 73 min kilometrdən artıq yeraltı və yerüstü qaz kəmərləri istismar edir. Hazırda 2,6 milyondan çox abunəçiyə xidmət göstərir.
O əlavə edib ki, qurumun əsas məqsədi etibarlı və dayanıqlı əməliyyat bazası yaratmaq, innovativ qaz həlləri təqdim edərək müştərilər, cəmiyyət və ətraf mühit üçün daha yaxşı gələcək formalaşdırmaqdır.