Birbaşa investisiyalar bu il 2 dəfə artıb
Mərkəzi Bankın məlumatına görə, cari ilin ilk rübündə Azərbaycan Amerika Birləşmiş Ştatları (ABŞ) iqtisadiyyatına 14,7 milyon dollar (ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çox) birbaşa investisiya qoyub. Hesabat dövründə respublikamızın ABŞ iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2,2 faizdən 4,7 faizə çatıb. Rüb ərzində ABŞ isə Azərbaycan iqtisadiyyatına 42,3 milyon dollar (1 il əvvələ nisbətən 31,1 faiz çox) birbaşa investisiya yatırıb.
Qeyd edək ki, hesabat dövründə ABŞ-ın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2,1 faizdən 2,8 faizə çatıb.
Xatırladaq ki, yanvar – mart aylarında ölkəmizdən xaricə yönəldilmiş birbaşa investisiyalar 315,1 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 1 milyard 519 milyon ABŞ dolları (0,7 faiz çox) təşkil edib.