Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 297,6 milyon manat dəyərində sənaye məhsulu istehsal olunub. Bu barədə “Xalq qəzeti”nə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur. 5 ay ərzində muxtar respublikanın sənaye sektorunda 246,7 milyon manatlıq mal istehsal olunub, 50,9 milyon manatlıq xidmət göstərilib. Sənaye məhsulunun 0,1 %-i mədənçıxarma, 77,9 %-i emal, 19,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
XQ