Avtomobil nəqliyyatı ilə daşımalar artıb

post-img

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda avtomobil nəqliyyatı vasitələri ilə 7,7 milyard ABŞ dolları dəyərində 3,6 milyon ton yük daşınıb. Bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 659 milyon 16 min dollar və ya 9,3 faiz, həcm ifadəsində isə 326,3 min ton və ya 9,9 faiz çoxdur.

Dövlət Gömrük Komitəsindən verilən məlumatına görə, cari ilin 7 ayında bu nəqliyyat vasitəsilə Azərbaycandan 1,4 milyard dollar dəyərində 1,5 milyon ton yük ixrac edilib. Bu isə illik müqayisədə dəyər baxımından 315,3 milyon dollar və ya 28 faiz, həcm ifadəsində isə 276,6 min ton və ya 21,9 faiz artım deməkdir.

Eyni zamanda, hesabat dövründə avtomobil nəqliyyatı vasitəsilə ölkəmizə 6,3 milyard dollar dəyərində 2,1 milyon ton yük idxal edilib. Bu da 2024-cü ilin 7 ayındakı göstəriciyə nisbətən dəyər ifadəsində 343,7 milyon dollar və ya 5,8 faiz, həcm baxımıdan isə 49,8 min ton və ya 2,4 faiz çoxdur.

 

İqtisadiyyat