Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında TRIPP layihəsinin sürətləndirilməsi müzakirə edilib. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
Nazir qeyd edib ki, ABŞ Nəqliyyat Departamenti katibinin köməkçisi Daniel Edvards ilə görüş keçirdik. Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi strateji əhəmiyyəti, multimodal dəhlizlər və infrastruktur layihələri barədə ətraflı məlumat verdik. Eyni zamanda aviasiya və dəniz nəqliyyatı daxil olmaqla, logistikanın digər sahələrində və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdik.
Rəşad Nəbiyev Zəngəzur dəhlizinin açılmasında, Naxçıvan dəmir yolunun bərpası və modernləşdirilməsində ABŞ ilə əməkdaşlıq barədə fikir mübadiləsi aparıldığını əlavə edib.
XQ

