Bülövqayada arxeoloji qazıntı

post-img

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Vəli Baxşəliyevin rəhbərlik etdiyi Bülövqaya arxeoloji ekspedisiyası yeni mövsümdə arxeoloji qazıntılara başlayıb.

Babək rayonunun Göynük kəndi yaxınlığında yerləşən Bülövqaya yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı Ubeyd mədəniyyətinə aid maddi-mədəniyyət nümunələri, o cümlədən boyalı keramika, mədənçilik alətləri aşkar olunub.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, bu maddi-mədəniyyət nümunələri, yarımköçəri həyat tərzi keçirən tayfaların şimala, o cümlədən Naxçıvana doğru hərəkəti ilə bağlı olub. Ubeyd tayfalarının şimala doğru hərəkəti Cənubi Qafqazın bol otlaqları, zəngin xammal mənbələri, o cümlədən obsidian və mis yataqları ilə bağlı olub. Bu tapıntılar Azərbaycanla Şimali Mesopotamiya arasında sıx iqtisadi-mədəni əlaqələrin mövcud olduğunu, Yaxın Şərqə şəhərləşməni gətirən Ubeyd tayfalarının Naxçıvan ərazisində məskən saldığını təsdiqləyir.

Səbuhi HƏSƏNOV
XQ

Son xəbərlər