Ali Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib

post-img

İyunun 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclası keçirilib.

Ali Məclisin mətbuat xidmətindən “Xalq” qəzetinə bildirilib ki, komitə sədri Emin Şıxəliyev gündəlikdə duran məsələnin “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsi olduğunu deyib.

Gündəlik təsdiq olunduqdan sonra komitə sədri diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin faktiki icrası barədə illik hesabat və müvafiq qanun layihəsi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən Ali Məclisə təqdim olunub.

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov qanun layihəsi barədə məlumat verib.

Gündəlikdə duran məsələ ətrafında müzakirələr aparıldıqdan sonra komitənin rəyi oxunub, “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi Ali Məclisin iclasının gündəliyinə daxil edilmək üçün təqdim olunub.

 

Son xəbərlər