Culfa sakinləri ilə görüş

post-img

Bugünlərdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli N şəhər və rayonlarda ictimaiyyət nümayəndələri ilə görüşlər keçirib. Növbəti ictimai dialoq Culfada olub.

Səlahiyyətli nümayəndə qeyd edib ki, muxtar respublikda həyata keçirilən sosial-iqtisadi inkişaf layihələri Culfa rayonunda da uğurla icra olunur. Ötən dövrdə rayonda yol infrastrukturunun yenilənməsi istiqamətində layihələr reallaşdırılıb və bu sahədə işlər növbəti mərhələdə də davam etdiriləcək, məntəqələrarası və kənddaxili yollar yenidən qurulacaq.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçiriləcək layihələr barədə məlumat verən səlahiyyətli nümayəndə Culfa şəhərinin yeni Baş planının hazırlandığını diqqətə çatdırıb.

Görüşdə sakinlərin problem və təklifləri dinlənilib, məşğulluq, su, yol infrastrukturu, yaşıllaşdırma, ətraf mühitin mühafizəsi və digər sahələrlə bağlı mövcud çatışmazlıqlar müzakirə edilib.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Son xəbərlər