Xankəndidə VII Türkoloji Yay Məktəbinin açılış mərasimi keçirilir

post-img

Xankəndi şəhərində Qarabağ Universiteti, Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə 7-ci Türkoloji Yay Məktəbinin açılış mərasimi keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsas məqsəd türkoloji tədqiqat sahəsində gənc alimlərin elmi potensialını gücləndirmək, müxtəlif ölkələrdən gələn iştirakçılar arasında bilik və təcrübə mübadiləsini təşviq etmək, müasir elmi yanaşmaların və praktik tədqiqat metodlarının öyrənilməsinə imkan yaratmaqdır.

Avqustun 17-dək davam edəcək yay məktəbi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan, Şimali Kipr və Makedoniyadan olan 32 gənc alim və doktorant türkologiyanın müxtəlif istiqamətləri – dilçilik, ədəbiyyatşünaslıq, tarix, etnoqrafiya və mədəniyyət araşdırmaları üzrə intensiv dərslərdə iştirak edəcək. Tədris prosesi 5 ölkədən – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan dəvət olunmuş 15 tanınmış alim və mütəxəssisin iştirakı ilə həyata keçirilir.

Son xəbərlər