ABŞ Prezidenti Donald Tramp 1995-ci ildə ABŞ-ın 37-ci Prezidenti Riçard Niksonun Fondu tərəfindən təsis olunmuş “Sülhün memarı” mükafatı ilə təltif olunub.
Ağ Evin yaydığı məlumata görə, mükafatı Donald Trampa fondun İdarə Heyətinin sədri və ABŞ Prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Robert Obrayen təqdim edib.
Fondun yayımladığı bəyanatda Donald Trampın bu mükafata “onun vasitəçiliyi ilə əldə olunan atəşkəslər və sülh sazişlərinə görə” layiq görüldüyü bildirilib. Qəzza sektorunda əldə olunan sülh sazişi, Azərbaycan və Ermənistan, Pakistan və Hindistan, Ruanda və Konqo, eləcə də Tailand və Kamboca arasında münaqişələrin həlli üzrə aparılan danışıqlar, Rusiya ilə Ukrayna arasında “dayanıqlı sülhün bərqərar olunması” istiqamətindəki səylər xüsusilə qeyd olunub.
Xatırladaq ki, Riçard Nikson Fondu 1983-cü ildə ABŞ-ın sabiq Prezidenti tərəfindən yaradılıb.
XQ