Gürcüstanlı soydaşlarımıza humanitar yardım

post-img

Sentyabrın son günlərində qonşu Gürcüstanda Qabal çayının daşması nəticəsində baş vermiş təbii fəlakətdən zərər çəkmiş Laqodexi Bələdiyyəsinin Qabal, Gəncəli, Uzuntala, Qaracalar və digər kəndlərinin sakinlərinə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Diaspora Dəstək Fondu humanitar yardım göstərib.

“Qabal İnkişaf Mərkəzi” göndərilmiş ərzaq mallarını və məişət əşyalarını təbii fəlakətdən zərər çəkmiş sakinlərə paylayıb. Mərkəzin rəhbəri Yavər Məmmədov XQ-yə bildirdi ki, fəlakətdən sonra Azərbaycan Diasporuna Dəstək Fonduna müraciətimiz cavabsız qalmadı. İndiyədək 120 ailəyə humanitar yardım çatdırılıb. Daşqında zərər çəkmiş qonşu gürcü kəndlərinin sakinlərinə də yardım çatdırdıq.

Laqodexi Bələdiyyəsinin Qabal ərazisi üzrə nümayəndəsi Ramiz Amirov isə dedi ki, göstərilən diqqət və qayğıya, maddi dəstəyə görə Azərbaycan Diasporuna Dəstək Fonduna minnətdarlığımızı bildiririk. Vazisubani gürcü kəndinin sakinləri də göstərilən humanitar yardımdan çox razı qaldılar.

P.ƏMİRCANOV
XQ



Son xəbərlər