Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb

post-img

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil edilmiş Sülh Şurasının X sosial mediasında səhifəsi yaradılıb.

Səhifədə Sülh Şurası təsisçi üzv kimi Azərbaycanı salamlayıb. Azərbaycanla yanaşı səhifədə Sülh Şurasına üzv olan digər ölkələrə dair salamlama posterləri də yerləşdirilib.

Xatırladaq ki, Ümumdünya İqtisadi Forumu çərçivəsində yanvarın 22-də Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, tədbirdə iştirak edən digər dövlət və hökumət başçıları “Sülh Şurasının Nizamnaməsi” sənədini imzalayıblar. Bununla da Azərbaycan Sülh Şurasının təsisçi üzvlərindən biri olub.

Son xəbərlər