Prezidentin köməkçisi Xalq şairini mənzilində ziyarət edib

post-img

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Xalq şairi Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə mənzilində ziyarət edib.

Bu barədə A.Ələkbərov özünün sosial media hesabında paylaşım edib. "Dəyərli Xalq şairimiz Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik!

Böyük söz ustasına möhkəm cansağlığı, ruh yüksəkliyi və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Qəlbinizin nuru daim sözünüzə işıq saçsın. Doğum gününüz mübarək!" – paylaşımda qeyd olunub.

XQ

Son xəbərlər