Gürcüstan parlament heyəti Milli Məclisdə

post-img

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Şamxaradze ilə görüşüb.

Görüşdə üçtərəfli görüşün əhəmiyyəti vurğulanaraq, bu əməkdaşlıq formatının 2014-cü ildə Bakıda təsis edildiyi, son iclasının isə 2022-ci ildə Şuşada keçirildiyi qeyd olunub. Sahibə Qafarova Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli münasibətlərin regionda sülhə, sabitliyə, əməkdaşlığa və iqtisadi inkişafa töhfə verdiyini bildirib.

Söhbət zamanı Azərbaycan və Gürcüstan arasında əlaqələrin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq bildirilib ki, regionda strateji layihələrin icrasında da ölkələrimiz arasında əməkdaşlıq uğurla davam edir. Münasibətlərin parlamentlər çərçivəsində də uğurlu inkişafı qeyd olunaraq, parlament sədrləri və deputatlar arasında sıx qarşılıqlı təmasların münasibətlərimizin daha da genişlənməsində vacib rolu vurğulanıb. Parlamentlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

XQ

Son xəbərlər