Ombudsmanın vətəndaş qəbulu

post-img

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva aprelin 23-24-də Bakı şəhərində növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib.

Ombudsman müraciət edən şəxslərlə fərdi qaydada görüşüb, bəzi məsələlərin operativ həlli məqsədilə yerində zəruri tədbirlər görülüb. Araşdırma tələb edən digər məsələlərin nəzarətdə saxlanılacağı və mövcud qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində aidiyyəti dövlət qurumlarına müraciət ediləcəyi diqqətə çatdırılıb.

Görüş zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib.

XQ

Son xəbərlər