Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Bu barədə Konstitusiya Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, iclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 288.2-ci maddəsinin şərh edilməsinə dair Şəki Rayon Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Müraciətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 1-nə təyin edilmiş iclasında baxılacaq.
XQ

