Parisdə “Duo Avey” musiqi qrupuna böyük maraq

post-img

Fransanın paytaxtı Parisdə azərbaycanlı musiqiçilərin yaratdığı  “Duo Avey” qrupuna həsr olunan musiqi gecəsi keçirilib.

“Temple Montparnasse Plaisance” konsert zalında baş tutan gecədə fransız violonçel ifaçısı Laure Volpato qonaq solist qismində çıxış edib.

Fransız, alman və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı böyük rəğbətlə və hərarətli alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Duo Avey” 2024-cü ildə Fransada təhsil alan soydaşlarımız Eldəniz Ələkbərzadə və Ağarəhim Quliyev tərəfindən yaradılıb. Eldəniz Ələkbərzadə və Ağarəhim Quliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Parisdə fəaliyyət göstərən Natəvan həftəsonu məktəbinin musiqi müəllimidirlər.



Mədəniyyət