Azərbaycanlı rəssam Rasim Hüseynovun əsərləri Niderlandın Ulft şəhərində keçirilən beynəlxalq “Huntenkunst” incəsənət sərgisində nümayiş olunub.
37 ölkədən 250-dən artıq rəssamın iştirakı ilə üç gün davam edən sərgiyə 6.500-dən çox ziyarətçi gəlib. Sərgidə nümayiş olunan əsərlər arasında Rasim Hüseynovun çəkdiyi rəsmlər tamaşaçılarda xüsusi maraq və rəğbət doğurub. İnsanlar onun yaradıcılığına böyük heyranlıqla yanaşıblar.
Qeyd edək ki, Rasim Hüseynov hazırda Benilüks Azərbaycanlıları Konqresində (BAK) sədr müavini vəzifəsində çalışır. O, diaspor sahəsindəki fəal və səmərəli fəaliyyətinə görə 2024-cü ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.