Dünya səyyahları Qarabağda

post-img

Dünyanın 15 ölkəsindən 30 səyyah azad Qarabağa səfər edib. Qonaqlar Füzulidə, Şuşada, Xankəndi və Ağdamda olublar.

Səyyahlar Xankəndinin mərkəzi meydanında həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olublar. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları onlara görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, infrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl tarixi siması özünə qayıdır və bu gün Xankəndi Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilir.

Şuşa şəhərində olduğu kimi, Xankəndi şəhər poçtundan da İrlandiya və Kanadaya məktub göndərilib.

Sonra MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun heyəti Ağdam şəhərinə gəlib. Qonaqlar Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.

Qeyd edək ki, beynəlxalq səyyahların 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət etməsi planlaşdırılır.

XQ

Mədəniyyət