Yazıçı, şair, dramaturq Elçin Məhərrəmin “Günəşin dostları” pyesi Qax Dövlət Kukla Teatrının səhnəsində tamaşaçılara təqdim olunub.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Yusif Abdurrahmanov, quruluşçu rəssamı Fidan Səbirli, musiqi tərtibatçısı isə Nicat Fətəliyevdir.
İnteraktiv səciyyə daşıyan bu səhnə əsəri uşaqlarda təbiətə sevgi, qayğı hissini formalaşdırmaqla yanaşı, dostluq, birlik, qarşılıqlı anlayış, bilik və digər bəşəri dəyərləri ön plana çəkir. Rejissor yozumu, səhnə həllinin rəngarəngliyi və aktyorların koloritli ifasını tamaşaçılar maraqla qarşılayıblar.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri


