Qədim tariximiz haqqında yeni tədqiqat

post-img

Bakı Konqres Mərkəzində Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, diplomat, tarixçi-alim, tarix elmləri doktoru Həsən Həsənovun müəllifi olduğu “Atropatena - Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimat mərasimi keçirilib.

Kitabın nəşr olunmasının məqsədi qədim dövlətçilik ənənələrimiz barəsində gənc nəslin və dünya ictimaiyyətinin məlumatlılıq səviyyəsini artırmaqdır.

Təqdim olunan nəşrdə Azərbaycanın qədim dövlətçilik tarixinin mühüm mərhələlərindən biri olan Atropatena - Adorbayqan adlı ölkənin yaranmasından öncə olan hadisələr, ölkənin mənşəyi və sərhədlərinin müəyyənləşdirilməsi, ölkənin yaranmasından sonra baş verən hadisələr qədim mənbələrə və tarixi faktlara istinad edilərək oxucu kütləsinə çatdırılıb.

Təqdimat mərasimində çıxış edən H.Həsənov kitabın elmi və tarixi əhəmiyyəti, nəşrin hazırlanma prosesi və əsas elmi tezisləri haqqında qonaqlara ətraflı məlumat verib.

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə təşkil olunan tədbirin yekununda kitabın imzalanma mərasimi keçirilib və qonaqlar müəlliflə xatirə şəkilləri çəkdiriblər.

XQ





Mədəniyyət