Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi təbrik edirəm.
Azərbaycan sabit, dinamik inkişaf edən müstəqil və bənzərsiz dövlətdir, zamanın çağırışlarına şərəflə cavab verir, öz vətəndaşlarının rifahı naminə hüquqi vətəndaş cəmiyyətini möhkəmləndirir.
Tam əminəm ki, xalqlarımızın dostluğu ildən-ilə möhkəmlənəcəkdir. Seçenov Universitetinin birinci xarici filialı məhz Azərbaycanın paytaxtında açılıb və bu, bizim üçün xüsusi qürur mənbəyidir. Bu il Bakı filialı onillik yubileyini – ölkələrimizin təhsil, elm və səhiyyə tərəfdaşlığı tarixində mühüm mərhələni qeyd edir. Bu əməkdaşlığın ən qiymətli bəhrələrindən biri hazırda Azərbaycan səhiyyəsini inkişaf etdirən gənc mütəxəssislərdir. Onlar ölkənin sakinlərinin sağlamlığı naminə fəaliyyət göstərirlər.
Azərbaycana bütün qəlbimlə davamlı inkişaf, tərəqqi və sülh arzulayıram.
Hörmətlə,
Pyotr Qlıboçko
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru,
Rusiya Elmlər Akademiyasının akademiki, professor