Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli Prezident, əziz Qardaşımız.
28 May – Müstəqillik Günü münasibətilə Sizə, qardaş Azərbaycan xalqına və Hökumətinə Barışıq və Milli Birlik Hökuməti adından, həmçinin öz adımızdan səmimi təbriklərimizi çatdırırıq.
Azərbaycan xalqının tarixini, milli kimliyini və suverenliyini təcəssüm etdirən bu əlamətdar günü daim firavan və azad olan Nikaraquada ölkənizlə birlikdə qeyd edirik. Xalqlarımızı birləşdirən dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərini möhkəmləndirməyə sadiqliyimizi bir daha vurğulayırıq.
Hörmətli Prezident, Zati-alinizə və bütün qardaş Azərbaycan xalqına əmin-amanlıq, tərəqqi və rifah arzularımızı çatdırırıq.
Hörmətlə,
Daniel Orteqa Saavedra
Nikaraqua Respublikasının Prezidenti,
Rosario Muriyo
Nikaraqua Respublikasının vitse-prezidenti