“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 421 (Cild I); 2024, № 1, maddə 98, № 3, maddə 301, № 7, maddə 892, № 10, maddə 1160, № 11, maddə 1247; 2025, № 2, maddə 200, № 6, maddə 605; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 3 oktyabr tarixli 289 nömrəli, 13 oktyabr tarixli 298 nömrəli və 21 oktyabr tarixli 305 nömrəli qərarları) ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 4.1.20-ci yarımbənddə “işəgötürənin” sözü “işəgötürən tərəfindən verilən” sözləri ilə, “arayışına” sözü “güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı və həmin işin xarakteri barədə arayışa” sözləri ilə əvəz edilsin və həmin yarımbəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“İşəgötürənin fəaliyyət göstərməməsi səbəbindən həmin arayış təqdim oluna bilmədikdə isə şəxsin işlədiyi sahə, peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilənlərlə eynilik təşkil etdikdə MEİS-in “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə əmək kitabçasında olan qeydə, bu qeydin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda isə Dövlət arxivinin arayışına əsasən.”.
2. 5.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“5.5. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan avtomatlaşdırılmış qaydada təyin edilən əmək pensiyaları istisna olmaqla, əmək pensiyalarının təyin edilməsi bu Qaydaya 5 nömrəli Əlavəyə uyğun formada qəbul edilən qərarla rəsmiləşdirilir.”.
3. Aşağıdakı məzmunda 6.7-ci, 6.8-ci bəndlər və “Qeyd” hissəsi əlavə edilsin:
“6.7. Qanunun 37.3.2-1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması işləyən əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində müraciət tarixinə toplanmış pensiya kapitalına əsasən həmin tarixdən, işləməyən əmək pensiyaçısına münasibətdə isə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə həyata keçirilir.
6.8. Qanunun 37.3.4-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələri 50 faiz həcmində ödənilən və ya dayandırılmış şəxslərin işdən azad olunması ilə əlaqədar onların əmək pensiyasının əməkhaqqı (dövlət məvacibi) əsasında yenidən hesablanması müvafiq dövlət orqanının təqdim etdiyi forması bu Qaydaya 3 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışa əsasən həyata keçirilir.
Qeyd. Bu Qaydanın 6.7-ci və 6.8-ci bəndlərinə əsasən yenidən hesablanmış pensiya məbləğinin ən yüksəyi ödənilir.”.
4. Həmin Qaydaya 11 nömrəli Əlavə - “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında Qərar”da aşağıdakı dəyişikliklər edilsin:
4.1. adında “Qərar” sözü “Qərarı” sözü ilə əvəz edilsin;
4.2. aşağıdakı məzmunda 9-cu hissə əlavə edilsin:
“9. Bu Qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 28 noyabr 2025-ci il
№ 350

